HASANLY

HASANLY Xəbərlər 7-04-2021, 11:31

Maykl Ceksonun bek-vokalçısı olmuş ifaçı Azərbaycanın qələbəsinə mahnı həsr etdi

Maykl Ceksonun bek-vokalçısı olmuş ifaçı Azərbaycanın qələbəsinə mahnı həsr etdi
Vaxtilə əfsanəvi Maykl Ceksonun və məşhur Uitni Hyustonun bek-vokalçısı olmuş Delli Mayzl yeni mahnısını Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr edib.

"Many years ago" (Uzun illər öncə) adlı musiqi parçasının müəllifi türkiyəli bəstəkar Turqay Evrendir.

İfaçı İTV-yə verdiyi müsahibəsində hazırda Türkiyədə yaşadığını və işlədiyini, Vətən müharibəsinin gedişini izlədiyini bildirib.

D.Maylz musiqili kompozisiyanın yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını da qeyd edib.

"Mən bu mahnını Azərbaycanın qələbəsinə həsr etmişəm. Əminəm ki, onu eşidənlər 30 il ərzində nələrin baş verdiyini anlayacaqlar", - deyə vokalçı vurğulayıb.

Məlumat üçün bildirək ki, populyar caz ifaçısı kimi də tanınan D.Maylz 2019-cu ildə islamı qəbul edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
293 322 252 281 286 260

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.