ice berg

ice berg İdman 7-04-2021, 19:30

"Beşiktaş" Avropanın ən məhsuldar klubları arasında

"Beşiktaş" Avropanın ən məhsuldar klubları arasında
Avropada 2020/2021 mövsümündə 10 liqanın ən məhsuldar klublarının reytinqi açıqlanıb.

LoaDing.aZ`ın "WhoScored" statistika portalına istinadən məlumatına görə, siyahı çempionatın aparıcı komandaların hər oyuna orta hesabla qol sayı üzrə hazırlanıb.

Birinci yeri Niderland təmsilçisi "Ayaks" tutur. Amsterdam komandası hər oyuna orta hesabla 3,1 qol vurur.

Almaniya "Bavariya"sı 2-ci (2,9 qol), İngiltərə "Mançester Siti"si 3-cü (2,6 qol) yerdə qərarlaşıb.

Türkiyə Super Liqasının lideri "Beşiktaş" isə 2,1 qolla Portuqaliya "Portu"su və Fransa PSJ-si ilə birgə 7 - 9-cu yerləri bölüşür. "Qartallar" yalnız Şotlandiya "Reyncers"indən (2,2 qol) öndədir. 4 - 6-cı yerləri hərəyə 2,3 qolla Rusiya "Zenit"i, İspaniya "Barselona"sı və İtaliya "Atalanta"sı tutur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 426 354 457 385 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.