Sən, qələm və şeir
Hər sözü gətirmək olmur dilinə
İçimdə bir mən var, deyir ki mənə:
-"Gəl gedək həyatın yoxluq yerinə"
Nə dünya, nə səma, nə də ki yer var

Yolumda sədd quran bu duyğularsa,
Xeyir, şər qardaşdır ziddinə varsan,
Şər olsun qoy səndən gələn nə varsa
Deyirlər, hər şərdə bir də xeyir var

Dəyər zənn etdiyin çıxırsa dönük,
Bu dərdin ağrısı dəyərdən böyük
Çiynimdə Zərdüştdən otuz illik yük
Hələ də yoluma davam deyir var

Bilirəm, bu yükü daşımaq olar
Bir hisslə fikrindən daşınmaq olar
Hələ ki, bir az da yaşamaq olar
Sən varsan, qələm var, bir də şeir var
Mirzə Lazım..
İçimdə bir mən var, deyir ki mənə:
-"Gəl gedək həyatın yoxluq yerinə"
Nə dünya, nə səma, nə də ki yer var

Yolumda sədd quran bu duyğularsa,
Xeyir, şər qardaşdır ziddinə varsan,
Şər olsun qoy səndən gələn nə varsa
Deyirlər, hər şərdə bir də xeyir var

Dəyər zənn etdiyin çıxırsa dönük,
Bu dərdin ağrısı dəyərdən böyük
Çiynimdə Zərdüştdən otuz illik yük
Hələ də yoluma davam deyir var

Bilirəm, bu yükü daşımaq olar
Bir hisslə fikrindən daşınmaq olar
Hələ ki, bir az da yaşamaq olar
Sən varsan, qələm var, bir də şeir var
Mirzə Lazım..







