Diablo

Diablo İdman 9-04-2021, 00:27

Di Mariyadan uğurlu göstərici

Di Mariyadan uğurlu göstərici
PSJ-nin futbolçusu Anhel Di Mariya komandada qol ötürməsinin sayını 100-ə çatdırıb.

Loading.az Qol.aza istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçinin bu göstəricidə yubileyi Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə keçirilən oyunda (3:2) qeydə alınıb. O, Kilian Mbappenin vurduğu qolda pay sahibi olub.


Argentina millisinin üzvü hazırda qol ötürmələrinin sayına görə yalnız klubun əfsanəvi futbolçularından olmuş Safet Suşiçdən (103) geri qalır.

2015-ci ildən Paris klubunda çıxış edən Di Mariya 100 ötürmədən 64-nü Liqa 1-də, 16-nı Çempionlar Liqasında, 11-ni Fransa Liqa kubokunda, 8-ni Fransa kubokunda, 1-ni isə Fransa Superkubokunda verib. Paytaxt klubunda 166 oyun keçirən 33 yaşlı futbolçu 51 qol vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 400 359 394 373 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.