Kənan Heydərov

Kənan Heydərov özünü 🤒 xəstə hiss edir. Şeirlər 9-04-2021, 14:52

💔,,,BİR MƏN,,,💔,,,BİR GECƏ,,,💔

💔,,,BİR MƏN,,,💔,,,BİR GECƏ,,,💔
Yenə tək qalmışıq.. bir mən... bir gecə.
Yenə otağımda mən boyda gecə.
Yenə biz gecəylə tutub əl-ələ
Dərdlərin üstündən keçərik bu gün.
Yenə pozmayacıq adətimizi
Doyunca göz yaşı içərik bu gün.

Yenə tək qalmışıq... bir mən... bir gecə.
Alar əllərimi qara ovcuna.
Əlimin kirini gizlədər gecə,
Sıxar sinəsinə xəstə ruhumu.
Məni günahlardan tərlədər gecə.

Yenə tək qalmışıq... bir mən... bir gecə.
Gecə kipriyimdən asar özünü.
Gecə nəfəsimdən dolar sinəmə,
Gecə saçlarımla boğar özünü.
Gecə ulduz olar yağar üstümə.
Yansın binaların ulduzları da.
Gecəmi əlimdən alan olmasın.
Zülmət qaranlığa büründüm-
Heç kim
Gecəni əynimdən soyundurmasın.

Ehh..
Gecə tökülməyə başlar üstümdən.
Günəş otağıma dolar gizlicə.
Saçımda, sinəmdə, kipriklərimdə
Mənimlə sabaha çıxar bir gecə.
Yenə tək qalarıq... bir mən... bir gecə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
961 920 885 904 821 936

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.