Dilin üzərində olan ərp və səbəbləri
Bəzən dilin üzərində sarı, ağ hətta yaşıl, qəhvəyi, qara rəngdə ərp əmələ gəlir. Bunun səbəbi burada bakteriyaların toplanmasıdır. Nazik, ağ, iysiz, az miqdarda olan ərpin qalındırsa (dil görünmür), ağızdan iy gəlirsə ərpin rəngi ağ yox, sarı, yaşıl, qəhvəyidirsə,bu patoloji hal sayılır və hər hansı xəstəliyin əlaməti ola bilər. Nəzərinizə çatdıraq ki, dilin vəziyyətini səhər saatlarında ac qarına qiymətləndirmək lazımdır.
Qara ərp halı nadi haldır. Belə ərp adətən nadir xəstəliklər zamanı və mədə altı vəzi ağır xəstəlikləri zamanı müşahidə oluna bilər. Əgər siz özünüzdə patoloji ərpin olmasını müşahidə edirsinizsə, ilk növbədə mütləq terapevtə müraciət edin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin müayinələrinə göndərə bilər.
Dili üzərində əmələ gələn ərp həm insanın xarici görünüşünü korlayır, həm də ağızdan gələn pis iyə səbəb ola bilər. Bu səbəbdən belə ərpi hər gün təmizləmək lazımdır. Bunun üçün diş fırçasını ve diş pastasını istifadə etmək lazımdır. Hal hazırda müasir diş fırçaları üzərində xüsusi dil üçün olan hissə olur. Bundan əlavə ağız boşluğunu dezinfeksiya edən xüsusi diş eleksirlərdən istifadə etmek lazımdır.
-Çoxlu miqdarda alkoqollu içkilər qəbul edən və siqaret çəkən insanın dili üzərində qəhvəyi rəngdə ərp əmələ gələ bilər.
-Antibakterial preparatların hormonların və bəzi digər preparatların qəbulu dildə yaşıl rəngdə olan ərpin əmələ gəlməsinə səbəb ola bilər.
-Tünd sarı rəngdə olan ərp qaraciyər və öd yolları xəstəliklərin əlamətləri ola bilər.
-Sarı ərp öd kisəsində ödün artıq istehsal olmasından xəbər verə bilər.
-Böyrək xəstəlikləri zamanı ağ ərp dilin yan tərəflərində ola bilər.






