∬Madmazel∬

∬Madmazel∬ özünü 😊 sevincli hiss edir. Müxtəlif 15-04-2021, 22:30

Gülümsə həyata:)

Gülümsə həyata:)
Zaman deyil, yaşadıqların öyrədir sənə çox şeyi...Məsələn əvvəlki kimi çox əsəbləşmirsən olanlara, "Belə olmalıymış ki olub" deyib keçirsən... Artıq çox insan əvvəlki kimi asanlıqla üzə bilmir səni.... Əvvəlki SƏN olmadığını hiss edirsən.... Gülüb keçməyi, yoluna qaldığın yerdən davam etməyi öyrənincə "yaxşı ki"lərə sığınırsan..."Kaşki"lər azalır... Bəzi şeylər yaşarkən çətinə salır səni, amma nə yaşayırsansa sonuna qədər yaşa... Günəş batmağa üz tutduğunda , narçiçəyi kimi qızılılaşıb ardınca dərin bir qırmızının ortasından gecə çıxıb gəlincə həyatına, sən öz gündüzünü yarat... Yəni özün öz xoşbəxtliyin üçün səbəb tap, şərait yarat... Fəsil eyni... Şəhər eyni.... Səma eyni.... Torpaq eyni... Həyat sənin.... Sonuna qədər yaşa.... Doyunca yaşa... Gülümsə həyata..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
526 497 478 492 553 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.