Qan təzyiqi
Qan təzyiqi əksər insanların əziyyət çəkdiyi bir haldır . Tam olaraq xəstəlik kimi qeydə alınmasa da, təzyiqli insanların yaşamı heç də asan olmur. Daim oynayan təzyiqlə yaşayanlar isə hər an ölüm riski ilə üz-üzə qalır. Buna baxmayaraq geniş kütlənin əziyyət çəkdiyi bu bəlaya çox az insan həssaslıqla yanaşır. Çünki təzyiq bəzən özünü hər hansı bir simptom ilə üzə çıxarmır. Kritik dövrdə xəstə artıq təzyiqi olduğunu öyrənir və bu mərhələdən sonra isə illərlə üzə çıxmayan təzyiqə qarşı biganə olur. Əslində isə təzyiqdən əziyyət çəkən hər bir insan risk altındadır. Təzyiqin dəqiq yaşı yoxdur. Bəzən 20 yaşlı gəncin belə yüksək təzyiqdən əziyyət çəkdiyi görülür. Hansı səbəbdən yarandığı bəlli olmasa da, ehtimallar çoxdur. 90% təzyiqli insanların təzyiqin nədən yaranması bilinmir. Təzyiq nə qədər də ciddiyə alınmasa da, infarkt və insultun böyük faizini təzyiq tutur. Statistika göstərir ki, hər 100 insandan 69-u infarkt, hər 100 insandan 76-nın insult keçirməsinə səbəb elə təzyiqdir. Həkim müayinəsində olmadan hər hansı preparatın qəbul edilməsi, təzyiqə diqqət olunmaması təzyiqin daha da yüksəlməsinə səbəb olur.






