- sənsiz intihar... [11]
Eşitdim yaxşısan,gülə bilirsən,
salam da göndərdim,tanışın kimi.
Dedilər,mən barədə,bircə cümlə,
tez qalxıb gedirsən,danışan kimi.
Soruşan olanda,"mənə nə" deyib,
mövzunu dəyişib,əsəbləşirsən.
Cırmısan şəkildən,mən düşən yeri,
indi şəkillərdə mənsiz düşürsən.
Ancaq dedilər ki,səhərə kimi,
sənin otağının işığı sönmür.
Dedilər,gecələr çox darıxırsan,
gecələr gözünə yuxu görünmür.
Hərkəsdən gizlədib qəlbində məni,
bilirəm,içində saxladığını.
Səni görən olub,görüş yerində,
mənsiz xısın-xısın ağladığını.
salam da göndərdim,tanışın kimi.
Dedilər,mən barədə,bircə cümlə,
tez qalxıb gedirsən,danışan kimi.
Soruşan olanda,"mənə nə" deyib,
mövzunu dəyişib,əsəbləşirsən.
Cırmısan şəkildən,mən düşən yeri,
indi şəkillərdə mənsiz düşürsən.
Ancaq dedilər ki,səhərə kimi,
sənin otağının işığı sönmür.
Dedilər,gecələr çox darıxırsan,
gecələr gözünə yuxu görünmür.
Hərkəsdən gizlədib qəlbində məni,
bilirəm,içində saxladığını.
Səni görən olub,görüş yerində,
mənsiz xısın-xısın ağladığını.






