Mənim dünyam

Mənim dünyam İdman 28-04-2021, 12:09

Real Madrid - Çelsi oyunu

Real Madrid - Çelsi oyunu
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Loading.Az xəbər verir ki, 1/2 finalın ilk oyununda Avropa Super Liqasında hələ də qalan “Real”la sözügedən turnirin təsisçilərindən biri olmuş, daha sonra həmin yarışdan imtina etmiş “Çelsi” üz-üzə gəlib.

Madriddəki oyunda tərəflər arasında 1:1 hesablı bərabərlik qeydə alınıb.

Qeyd edək ki, “Çelsi” artıq 1/8 finalda İspaniya çempionatının lideri olan Madridin digər klubu “Atletiko”nu mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası

1/2 final (ilk oyun)

“Real” (İspaniya) – “Çelsi” (İngiltərə) 1:1

Qollar: Kristian Pulişiç (14); Kərim Benzema (29)

Madrid. Alfredo di Stefano adına stadion.

Qeyd edək ki, yarımfinalın digər görüşü olan PSJ (Fransa) - “Mançester Siti” (İngiltərə) qarşılaşması aprelin 28-də keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 369 394 435 452 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.