Facebook lətifələri - YUMOR (2)
Elgiz Əkbərdən sitatlar
Elgiz Əkbər söyləmiş görəlim nə söyləmiş:
- Uşaq vaxtı metro qatarında “Maşinistlə təcili əlaqə” düyməsini basmağa boyum çatmırdı. Artıq böyümüşəm, amma indi də duxum çatmır.
Firqə xəbərləri
Müsavat-AXCP sizdən xəbərsiz yeni blok yaradır. Fuad Qəhrəmanlını son vaxtlar Sülhəddin Əkbərlə, Əvəz temirxanla görən olub. Nədirsə, şübhəli məsələdir.
Vəhdət-İrandan maliyyəniz kəsiləcək. Başqa donor axtarın.
AXCP-Arif Hacılya qarşı apardığınız qara piarın lap ağını çıxardınız. Bir az ara verin. Yoxsa, İctimai Palata dağılacaq.
Pul haqqında
Oğlu Müdhət Aydından soruşur:
- Ata, pul haqqında nə deyə bilərsən?
Murik qımışr:
- Ancaq xoş sözlər...
İki başlı cavab
VHP-nin qərargahı. Fəzail İbrahimli, Nurəddim Mehdixanlı və Arif İsmayılbəyli söhbət edirlər. Nurəddin soruşur:
- Fəzail müəllim, mən necə aktyor, necə siyasətçiyəm?
Fəzail müəllim cəld dillənir:
- Nurəddin, sən səhnədə gözəl siyasətçi, siyasətdə isə gözəl aktyorsan.
“Palatada o qədər xəstə var ki...”
Müsavatçı-həkim Adil Qeybulla fikirli-fikirli Müsavatın qərargahına tərəf gedir. Qarşısına qonşusu çıxır və soruşur:
- Adil həkim, hara belə?
Adil bəy qayğılı halda:
- Palataya gedirəm.
- Axı sən xəstə deyilsən. Həm də bu yan-yörədə xəstəxana yoxdu...
Adil həkim qəmli-qəmli:
- İctimai Palataya gedirəm. Orda o qədər xəstə var ki. Mandat xəstəsi, vəzifə xəstəsi...
“Futbolçu ola bilmədi”
2078-ci il. Futbolçu Vaqif Cavadovun yaşadığı mənzilin giriş qapısı. Binaya bu məzmunda bir xatirə lövhəsi vurulub: “Bu binada məşhur top qovan Vaqif cavadov yaşayıb. Yazıq karyerasının son gününə qədər ha çalışdı, çapaladı, futbolçu ola bilmədi”.






