Gulusum

Gulusum Sağlamlıq 29-04-2021, 23:06

Post-kovid sindromu nədir?

Post-kovid sindromu nədir?
Koronavirusdan sağalandan sonra yeni sindrom başlaya bilər
Bəzi insanlarda koronavirusdan sağalandan sonra post-kovid sindromu özünü büruzə verə bilər.
Bu barədə immunoloq Nikolay Kryuçkov “Sputnik” radiosuna müsahibəsində deyib.



Həkimin sözlərinə görə, ABŞ-dan alınan məlumatlara əsasən sindrom gənclər də daxil olmaqla COVID-19 xəstələrinin 20 %-də özünü göstərir.
Mütəxəssis bildirib ki, sindromda ən çox halsızlıq, zəif konsentrasiya, yuxu və yaddaş pozğunluqları, depressiya və əhval dəyişikliyi halları müşahidə olunur.



“Əlavə olaraq ürək fəaliyyətinin pozulması var... Ağciyərlərin ciddi zədələnməsi ilə tənəffüs çatışmazlığı, sinə,qarın ağrısı və həzm pozğunluğu davam edə bilər. Ümumi əzələ və baş ağrıları da ola bilər”, - deyə Kryuçkov əlavə edib.
Həkim post-kovid sindromunun subxronik və ya xroniki sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, sindromlar ayrıca müalicə olunmalıdır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 392 406 415 383 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.