Gulusum

Gulusum Sevgi 30-04-2021, 10:45

Ayları yoxa saydım, Getdiyin gündə qaldım...

Ayları yoxa saydım, Getdiyin gündə qaldım...
Sən heç gecələrcə ağladınmı?

Yalnızlığa,

Onsuzluğa,

Yoxsuzluğa.

Ayları il etdinmi

Bir gecədə?

Bir gecələr başqasıyla min gecəyə

Dəyməz belə.

Sən heç ümidləndinmi?

Göz yaşına, söz yasına

Yeri gəlsə baş daşına.

Unutdunmu sən bizi?

Sevgimizi?

Sevgimizi...

Sevgimizi...

Sevirdikmi bir-birimizi?

Sənin kimi eləmədim,

İçmədim,

İçəmmədim,

Sevəmmədim.

Ayları yoxa saydım.

Getdiyin gündə qaldım.

Heç yatmadım,

Oyanmadım.

Sən heç ölməyi istədinmi?

Gecələrcə, ac-acına

Ovuc-ovuc dərmanlarla

Əzraili gözlədinmi?

Zədələnmiş sevgimizin izi qalsın istədinmi?

Sən mənimtək yorulmadın.

Mən sənintək başqasıyla ovunmadım.

Sən heç durub-durub dəli kimi güldünmü?

Halına gülənləri gördükcə,

Diri-diri öldünmü?

Mən sirr tutdum ikimizi.

İkimizi...

İkimizdən birimizi...

İçimizdən birimizi başqasıyla böldünmü?

Sirrimizi?

Sən heç özlədinmi,

Gözlədinmi?

Dözmədinmi?

Kimə dəyişdin ki, məni?

Məndən daha gözəldimi?

Dəyərdimi?

Dəydimi?

Getdiyinə, sevdiyinə?

Dəydimi,

Əlin əlinə, təninə, gözlərinə?

Sən heç tərk edilmək nə deməkdir bildinmi?

Ummadığın bir insandan,

Canından,

Yaxınından.

Gözləməzkən o zərbəni yedinmi?

Yerimdə olmağı heç istədinmi?

İstədinmi?

İstədinmi?

Bezməzdinmi?

Sən heç həm sevgi,

Həm nifrət bəslədinmi?

Vecimə deyil deyib,

Getsin deyib, bitsin deyib,

Bitsin deyib, itsin deyib,

Arxasınca çox şey deyib,

İçdən içə gözlədinmi?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
591 535 566 573 590 587

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.