Gulusum

Gulusum Şeirlər 30-04-2021, 21:35

Qayıtma daha

Qayıtma daha

Get sevgini başqasıyla bol yaşa,
Sevgin daha lazım deyil qayıtma.
Hər kəs kimi sevin səndə,gül yaşa,
Mənə daha etmə meyl qayıtma.

Nələr çəkdim,sənin yoxdur xəbərin,
Sənsiz daha dost bilməlisən kədəri.
Yada düşsəm,gəzib səndə hər yeri,
Hər tərəfi veyil-veyil qayıtma.

Az sevənlər sevib ailə qurdusa,
Çox sevənin sevgisi döndü yasa.
Ayrılanlar nəyə nail oldusa,
Onlar kimi sən ol nail qayıtma

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 433 540 521 483 419

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.