Kövrək dırnaqlar
Adından da göründüyü kimi bu tip tırnaqlar kövrək olur və xarici və daxili amillərin təsirindən sınmağa tez meyillidirlər. Su ilə tez-tez kontaktda olan insanlarda, dırnaq yeyənlərdə, düzgün qulluq etməyənlər, dırnaq qaynağı etdirənlərdə daha çox rast gəlinir. Bundan əlavə, hamiləlik, laktasiya, pubertat və klimaks dövrü, anemiya, tireotoksikoz, stress, vitamin çatışmazlığı (xüsusilə A, D, E, kalsium, sink, selen, dəmir) zamanı da kövrək dırnaqların yaranma riski daha çoxdur.
* Nə etmək lazımdır?
1. İlk növbədə səbəb axtarışı, müəyyən analizlərin verilməsi
2. Həmin yöndə müalicənin düzgün seçilməsi
* Dırnaqlarımızı necə qoruyaq?
-Zədə verici amillərdən qorumaq
-Manikür zamanı şüşə törpülərdən istifadə etmək
-Nəmləndirici və qidalandırıcı kremlərdən (tərkibində A,E vitamini və lanolin, keratin tərkibli) istifadə etmək. Bu vasitələr kutikula nahiyəsinə çəkilməlidir.
-Dırnaq boyalarını istifadə etməzdən öncə qoruyucu baza çəkmək lazımdır.