Sun.Az - Həyat Hekayəni Yarat
reklam
KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 2-05-2021, 15:00

İftara aid

İftara aid
Sun.Az xəbər saytı
Gözəl ayın gözəl insanları, süfrənizdən bərəkət, qəlbinizdən iman işığı əskik olmasın. Allah iftarınızı qəbul etsin.

Süfrələr quruldu, dualar oxundu, Yaradana şükürlər olsun, bizi Ramazanla qovuşdurdu.

Gözəl və iman dolu bu ayda gözlərinizdən işıq, süfrənizdən iftar bərəkəti əskik olmasın. Xoş iftarlar.
İftarda oxunacaq dualar
Allahım! Sənin üçün oruc tutdum, sənə inandım, sənə güvəndim, sənin ruzinlə orucumu açdım. Həmd olsun verdiyin nemətlərə. Ey gözəl Rəbbim! Məni, ailəmi, millətimi, dövlətimi və bütün inanları qoru, rəhmətini və yardımını üzərimizdən əsirgəmə. Hər cür güclüyə güc, qüvvət, əzm ver. Sənin hər şeyə gücün yetər. Amin.

Gecələrin gündüzlə dost olduğu bu mübarək ayda həm gecənizin, həm də gününüzün dinc və firavan olması diləyi ilə, Ramazanınız mübarək.

Gül ətri bürüsün bədənini, Allah qorxusu titrətsin hər hücrəni. Səmaya açan əllərin dualarla birləşsin. Xoş iftarlar.

Tutduğumuz orucun, qıldığımız namazın və etdiyimiz duanın qəbul olmasını arzu edirik.

Gözəl anlar paylaşdıqca və eyni süfrədə olduqca daha da gözəlləşir. Bu gözəl ayda anlar qalıcı, süfrəniz Xəlil İbrahim bərəkətində olsun.

Hər gününüz xeyirli və bərəkətli olsun. Xeyirli Ramazanlar.
Kiçik bir süfrədə böyük xoşbəxtliyi paylaşaq, bu ayda hamımız birlikdə olaq. Allaha şükür edək, süfrəmizi bərəkətləndirək. Xoş iftarlar.

Ramazan ayının gözəlliyi qəlblərinizdə, yağışın bərəkəti süfrənizdə olsun. Xoş Ramazanlar və iftarlar...

Yaşamaq gözəllikdir, sevməkdir, inanmaqdır, bu gözəl ayda bir arada olmaqdır. Xeyirli iftarlar.

Dualarımız səmada bir araya gələrək qəbul olsun. Xoş iftarlar...

İftarınız gözəl, qəlbiniz sülh dolu, Ramazanınız mübarək olsun.
İman dolu qəlbinizin işıltısının süfrələrinizdə olacağı xeyirli, bərəkətli imsaklar arzu edirəm.

Hər gözəlliyin sona çatdığı bu dünyada dəyişməz gözəllik mənəvi dəyərlərdir, inancınız nə qədər güclüdürsə, dəyərlər o qədər çoxdur. Xeyirli imsaklar.

Ən gözəl ləzzətlərdən məmnun qalacağınız dinclik və sağlamlıq tapacağınız imsak arzu edirəm.

İmanın günəşin istiliyi kimi olsun, savabların yağış damlaları qədər çox olsun. Xeyirli imsaklar.

Yağış damcıları qədər bərəkətli, zəmzəm suyu qədər şirin imsaklar arzulayıram.

İmsak oruc deməkdir. Gecə yatağından oruc tutmağa qalxan ürəklər necə də gözəl ürəklərdir. Xoş imsaklar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 435 388 445 416 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.