ÊLfidÂ

ÊLfid Hekayələr 2-05-2021, 16:01

Ən Xoşbəxt İnsan

Ən Xoşbəxt İnsan
Gözləri görməyən, yerindən tərpənə bilməyən, əli tutmayan, insanların qayğısına möhtac birisi belə dua edirmiş:

“Ey padşahlara, sultanlara vermədiyi nemətləri bu bəndəsinə verən Allahım, sənə yer üzündəki, bütün qum dənələrinin, bütün ağacların yarpaqlarının sayı ədədincə şükürlər olsun!”

Yanından ötənlər, qarşısındakı yeməyi ağzına apara bilməyəcək qədər aciz bir insanın bu qədər iddialı və məmnun duasından təəccüblənir və soruşurlar: “Padşahlara, sultanlara verilməmiş və səni xoşbəxt edən o nemət nədir, qardaşım, de biz də bilək”.

Həmin şəxs də belə cavab verir: “Allah-Təala mənə Onu tanımaq qabiliyyəti verib, Onu sevmək duyğusu verib, bütün bu yaşadıqlarımın ötəri bir sınaq olduğunu anlamaq şüuru verib, bu halı ilə Ona şükür etmək şövqü verib, siz heç bunların nə qədər misilsiz bir nemət olduğunu anlayırsınızmı?”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
465 541 444 427 421 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.