∬Madmazel∬

∬Madmazel∬ Sevgi 2-05-2021, 19:00

Amma bir gün, bir gün o ümidlər və istəklər tükənəcək

Amma bir gün, bir gün o ümidlər və istəklər tükənəcək
Səni yox saymaq... varlığını unutmaq istəmək... Heç yoxsanmış kimi həyata davam etmək... Bunların nə qədər çətin olduğunu bilsəydin kəşki. Mən səni unutmaq üçün mənimlə savaşıram səninlə deyil. Hərəkətlərinlə nifrət etdirirsən özünə amma sevgimi bitirə bilmirsən. Necə bir şeydirsə sənə olan bu sevgi heç bitmir. Amma bir gün, bir gün o ümidlər və istəklər tükənəcək. Eynən kibrit satan qızın kibritinin son dənəsinin qaldığı kimi.
Bir gün qarşılaşaq səninlə.. Bax gözlərimə və denən özlüyündə... Çox peşmanam. Mənim xəbərim olmasın amma peşman ol əzizim. Bu belə yetər.
Görmək istəyirəm səni. Toxunmaq istəyirəm əllərinə. Son dəfə baxmaq, son dəfə səsini eşitmək, son dəfə qucaqlamaq. Səninlə bağlı hərşeyin sonuncu dəfəsini istəyirəm.
Olmasın səma, olmasın ulduzlar, olmasın gecə,olmasın nə sənli nə də sənsiz keçən xatirələr. Unudum hamısını. Unutdursun zaman.
Artıq nə sən ol, nə də biz olaq. Sən keçmişdə qal. Düşmə yadıma. Gəlmə gözlərimin önünə. Salmayım səni yada. Baxmayım arxaya. Sevməyim artıq heçkəsi. Yalnız mən. Yalnızca mən olum. Bir özümü sevim, birdə sənsizliyi, səssizliyi..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
529 487 483 474 592 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.