ADMiN

ADMiN Mətbəx 13-03-2017, 02:31

Heyva mürəbbəsi

Heyva mürəbbəsi



Heyva mürəbbəsi düzgün bişirilmədikdə adətən bərk olur. 

Odur ki, mürəbbəsi yetişmiş, bir neçə gün evdə saxlanılımış heyvadan bişirildikdə dadı da, ətri də yaxşı olur.

Tumlardan və qabıqdan təmizlənmiş heyva 2 sm qalınlığında dilimlərə bölünür

və 15 – 25 dəqiqə yumşalana qədər qaynar suda saxlanılır. 

Həmin suda əvvəlcə heyvanın qabıqları qaynadılır. 

Sonra heyva bişmiş sudan və şəkərdən şirə hazırlanır və heyva dilimləri onun içinə tökülür. 

Heyva da alma mürəbbəsi kimi bişirilir.

Ərzaq: 1 kq təmizlənib kəsilmiş heyvaya 1,2 kq şəkər və 2 stəkan su götürülür. 

Axırda mürəbbəyə 2 q limon turşusunu əridib azca suda əridib əlavə etmək olar.
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
671 650 682 685 617 685

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.