Bu sonuncu qardı, yağır.

Bu,sonuncu qardı,yağır,
Bir də bahar olmayacaq.
Dərdim mənə dərd gətirə
Leylü-nahar,olmayacaq.
***
Dərd olmasa,dərdmi gələr?
Dərdim gözüm yaşın silər.
Dərd mənimlə yola gedər?
Naleyi-zar olmayacaq.
***
Solur gülüm,gülüstanım,
Son xəzanım,zimistanım.
Ölüm haqdı,necə danım?
Giley-güzar olmayacaq.
***
Mən sevmədim bu ölümü,
Əcəlsizdi,bu,ölümmü?
Necə çəkim bu zülümü-
Dərd cəfakar olmayacq.
****
Mövlud,sənə sözüm yoxdu.
Dərd çəkməyə lüzum yoxdu
Bir dərdə ki dözüm yoxdu,
Səbri-qərar olmayacaq.






