ice berg

ice berg Sevgi 12-05-2021, 22:22

\\\*Bir şeir yazsam məsələn**///

\\\*Bir şeir yazsam məsələn**///
Bir şeir yazsam..Misralarından sən axsan.Ya da qələmimdən həsrət.Dünya sadəcə bizdən danışsa.Bütün notlar bəstə olmaq istəsələr.Şairlər qısqansa.Sonum olsa hər kəlmə.Sonum olsan sən.

Bir şeir yazsam..Qafiyələri olmasa da qulağa xoş gəlsə.Sevinclərim asılsa sətir aralarından.Oxuyanlara bir ümid versə.Xəyalların ən məsum halını göstərsəm.

Bir şeir yazsam..Səni unutmaq üçün özümə söz verdiyim bu günlərdə.Hər an qəlbimə qazısam səni.

Bir şeir yazsam məsələn..Günahlarımdan təmizlənsəm.İnansam nağıllara uşaq tək.Ölümü unutsam...Ölümü unutsaq.

Bir şeir yazsam məsələn..Sən gəlsən son misrasında və heç getməsən.Bir şeir yazsam.Can desəm hər sətirdə.Biləklərimi kəssəm hər sözlə.

Bir şeir yazsam məsələn..Səni unutmaq adına..Ama unutmasam..Bir şeir yazsam.Kilometrlərcə uzaq olsanda xəyalınla rəqs etsəm..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
666 669 605 623 638 661

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.