ice berg

ice berg Hekayələr 15-05-2021, 20:02

Güc özünə inama söykənir

Güc özünə inama söykənir
Əhəmiyyətli bir döyüş əsnasında Yapon bir sərkərdə əsgərlərinin sayının düşmənlə müqayisədə çox az olmasına baxmayaraq hücuma keçmək qərarını verir. Ordusunun qazanacağına olan etibarı sonsuzdur, ancaq əsgərləri zəfər mövzusunda olduqca narahatdırlar. Döyüş sahəsinə doğru irəliləyərkən yol kənarındakı bir məbəddə dayanıb birlikdə dua edirlər. Daha sonra sərkərdə cibindən xırda pul çıxararaq: “İndi bu pulu atacağıq. Əgər şəkil gəlsə, biz qazanacağıq, yox, əgər yazı tərəfi düşsə, uduzacağıq və qismətimiz beləcə ortaya çıxacaq” deyir.

Xırda pulu havaya atır və hər kəs səbirsizcə pulun yerə düşməsini gözləyir. Şəkil üzü düşür. Döyüşçülər çox sevinirlər və özlərinə olan inamları artır. Bu coşquyla düşmənə hücum edir və döyüşü qazanırlar. Bir müddət sonra köməkçilərindən biri sərkərdənin yanına gələrək onun şücaətini təqdir edərcəsinə, “Kimsə qisməti dəyişdirə bilməz” deyir. İki tərəfi də şəkil olan pulu göstərərək “haqlısan” deyə cavab verir sərkərdə

Bu bir həqiqətdir ki, həyatda əldə etdiyimiz müvəffəqiyyətlərin heç biri təsadüflər nəticəsində qazanılmamışdır. Yəni, burada əhəmiyyətli olan məqam bizim müvəffəqiyyətli olmaq və qazanmaq üçün qismət oyunu oynamayıb, əksinə, bu qisməti meydana gətirə bilməyimiz üçün bir ön hazırlıq etməyimiz, çalışmağımız, bacarma instinktiylə hərəkətə keçməyimizdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 518 447 475 457 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.