ADMiN

ADMiN Bürclər 14-03-2017, 09:45

Bürclər - 14 MART

Bürclər - 14 MART
Qoç - işlərin gedişatında mühüm dönüş və ya münasibətlərdə yeniliyə səbəb ola biləcək spontan vəziyyət yarana bilər. Sözün əsl mənasında sayıq və hazırlıqlı olun.

Buğa - hansısa işi və ya münasibəti ağırlaşdırmayın, vəziyyətə düzgün reaksiya verərək problemləri hərəkətdə həll edin. Baş verənləri izləyin, nəticə çıxarın.

Əkizlər - qətiyyətsiz davranmayın, iradəli olun. Məqsədləriniz ətrafdakı insanların istəkləri ilə üst-üstə düşmürsə, onların gözləntilərinə qarşı çıxırsınızsa, münaqişə və dartışmalar qaçılmazdır.

Xərçəng - yaxın ətrafınızdakı insanlardan fərqli olaraq, soyuqqanlı və təmkinli davranmağa can atın. Yollamağa hazırlaşdığınız informasiyanı bir daha yoxlayın və kompüterin yaddaşında saxlayın.

Şir - bu gün qətiyyətli, sərt və hətta aqressiv olun. Kiminlə nə iş görməyi müəyyənləşdirin. Perspektivləri müşahidə edin, yolunuzda peyda olan adamlara diqqətlə baxın.

Qız - Səhər saatlarından etibarən aktiv olun. Bu günün işini sabaha qoymayın. Günün ikinci yarısında gözəl, rahat nə isə alın. Alış-verişdə simiclik etməyin.

Tərəzi - işlərin aparılması ilə bağlı köhnə, ənənəvi üsullar artıq işlək deyil. Çox incə yeniliklər yolu keçməli olacaqsınız. Düzgün düzənə əl atın, qarşınıza konkret hədəf və məqsəd qoyun, qüvvənizi bölüşdürün.

Əqrəb - güc və qüvvəniz artsa da, izafi emosional olsanız, işinizin effektivliyi azalacaq. Çətin qərar verməli, müxtəlif sahələrdəki maraqları birləşdirməli, başlanmış layihəyə final ştrixi vurmalı olacaqsınız.

Oxatan - ünsiyyətdə səmimi olun. Sizi çoxdan narahat edən məsələnin üstü açıla bilər. Hadisələr də, təbii ki, sürətlənəcək.

Oğlaq - informasiya, yeni məlumatlar, standart olmayan qərarlar tələb edən işlə məşğul olun. Səfərə çıxmayın - gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz.

Dolça - doğru yolu seçin, mühüm mövzunun ətrafındakı auradan gələn siqnal və işarələri anlamağa çalışın. Heç bir halda ifrata varmayın, inadkarlıq etməyin, gərginlik yaratmayın.

Balıqlar - başınızın üstündə buludlar sıxlaşır. Şəxsi münasibətlər, iş, yaradıcılıq və oyunlar güclü təəssüratlarla yanaşı, xoşagəlməz hisslər də bəxş edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
599 619 578 588 582 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.