ice berg

ice berg Xəbərlər 23-05-2021, 15:30

İtaliya “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi oldu

İtaliya “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi oldu
Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.

LoaDinG.aZ xəbər verir ki, İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.


Beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə üçüncü olub.

Finala Azərbaycan, Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino təmsilçiləri qatılıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında “Mata Hari” mahnısını ifa edib. Samirə Əfəndi müsabiqəni 20-ci sırada başa vurub.

Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılıb
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 407 377 395 359 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.