ADMiN

ADMiN Xəbərlər 15-03-2017, 19:38

İlaxır çərşənbədə 8 nəfər tonqalda yandı

İlaxır çərşənbədə 8 nəfər tonqalda yandı
İlaxır çərşənbə günü tonqalda yanan 8 nəfər yanıq şöbəsinə müraciət edib.

Bu barədə 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinin baş həkimi Şöhrət Mənmmədov deyib. 

Onun sözlərinə görə, müraciət edənlər arasında ağır yanıq xəsarəti alan xəstələr olmayıb.

"Onlara ilkin tibbi yardım göstərilib, evə yola salınıblar. Müraciət edənlər 3-14 yaş arası uşaqlardır. Tonqalda yananlardan ikisi qadın, qalanları oğlan uşaqlarıdır. Qadınlardan biri 1989-cü il təvəllüdlüdür. Yanıq xəsarətləri səthidir".

Ş.Məmmədov bildirib ki, müraciət edənlərin əksəriyyəti Bakının Sabail, Xətai, Nəsimi, Yasamal rayonlarındandır: 

"Bu gün bir nəfər Baləkəndən gətirilib. O, 10 yaşında oğlan uşağıdır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
555 645 592 523 570 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.