ADMiN

ADMiN Maraqlı 15-03-2017, 21:38

Sadəcə 60 saniyə

Sadəcə 60 saniyə

Gecəsi “kaş ki” ilə bitən “bəlkə” ilə başlayan günlərim oldu.

İndi “yaxşı ki”lərin qoynunda bir gün istəyirəm.

Gözlərim ürək aldatmalarına görə doldu,

dəfələrlə sildim, unutdum. Uşaqlığımın təbəssümünü istəyirəm. . .

Sadəcə 60 saniyəSadəcə 60 saniyəSadəcə 60 saniyə

Bilirəm, gözlərim daha o parlaqlıqla gülməyəcək.

Ancaq bir daha hər şeyə inad, ürəkdən sadəcə 60 saniyə. . .

Pəncərəmdə buludlu göy üzünə gözlərimi dikdim,

günəşi otağımda görmək üçün. . .Ancaq buludlar izin vermədi.

Sadəcə 60 saniyəSadəcə 60 saniyəSadəcə 60 saniyə

Yazmaqla bitməyəcək qədər xəyal qırıqlıqlarım oldu. Həyat dedikləri bu imiş. . .

Ayrılıq gedəndən qalana bir xəyanətdir. . . Addımlarına sahib olmalısan.

Gedənin dalınca cəsarətlə addımlamaq artıq nəyə gərəkdir?

Yoxluq yoxsulluğun yerini alarmış.

Yoxluq olması ehtimal olunmayan “zənginlik xəyalları”dır.

Əkdiyindən hər zaman artığını ümid edir insanoğlu.

Ölümlə kəllə-kəlləyə gələnlər olub həyatda.

Cəsarət başqa şeydir. . .

Sadəcə 60 saniyəSadəcə 60 saniyəSadəcə 60 saniyə

Nəticə nə olub? Həmin insanoğlu ölümsüzləşdimi?

Nəyə lazım idi onda? Düşünürəm. . .

Əməyini başqa əllərin duasında səpən oldu torpağa. . .

Əziyyət çəkmədən sahib olmaq üçün.

Haqsızlıq deyilmi, bəs bunlar?

Əlbəttə ki, insanoğlu qəbul edər, “genişürəklidir”.


Sadəcə 60 saniyəSadəcə 60 saniyəSadəcə 60 saniyə

Allah qəbul etməz edilən haqsızlıqları unutma. . .

İndi nə olacaq deyə soruşma məndən?

Soruşma ki, yox olan insanlığa yenidən-yenidən

ürək ağrısı ilə təssüflənməyim. . .

Xatırlatma ki, unutmaq istədiyim kədərlərimi

geri çağırıb onlara qovuşmayım.

Artıq yeni gündür, həyatdan bir şans daha istəyərək,

unuduram yaşananları. . . Unutamaq çarədirsə unuduram. . .

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
695 726 661 661 669 664

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.