ice berg

ice berg Şeirlər 7-06-2021, 13:00

°°Boş otaq..

°°Boş otaq..
Boş otaq, boş ürək və boş əllərim
Fikirlər beynimə mıx kimi batır
Görəsən bəxtimdə neçə bemol var?
Görəsən həyatım neçə oktavdır?

Bir-iki diyez düşüb minor bəxtimə,
Həyat klavişlərim yalnız qaradır
Yaradan kimisə simfonik əsər,
Kimisə səhifəlik etyud yaradır

Yenə mən, yenə boş, qaranlıq otaq
Daha bir şam bu gecə tapşırır canın
Bir aşiq qəhqəhə gəzir sevgidə,
Digəri axtarır eşqin hicranın

Axı niyə ayrılır fikirlər, yollar?
Bir ortaq məxrəcdə birləşmək çətin
Bu eşqi bir ömür yaşamaq varkən
Dərdlərə yönəldir insan diqqətin.

Müəllif: Tural Rəhmanlı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 506 493 461 525 474

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.