- sənsiz intihar... [13]
Şeiri dinləməmişdən* əvvəl zəhmət olmasa Youtube dəki musiqini qoşun yoxsa mahnını hiss edə bilməyəcəksiniz.
Sənin ətrin gəlir bizim küçədən,
Kölgən düşür xəyalımın üstünə.
Gecə düşən kimi üşüyür evim,
Möhtac olur evim sənin istinə.
Darıxanda,düşünürəm keçmişi,
Xatirədən başqa nə qaldı bizdə.
Gözümü yumuram,bir axşamçağı,
Səni gözləyirəm məhəllənizdə.
Kölgəm qalıb sən getdiyin küçədə,
Mən həmin küçənin döngəsindəyəm.
Əgər günün biri axtarsan məni,
Parkdakı ağacın kölgəsindəyəm.
Kölgən düşür xəyalımın üstünə.
Gecə düşən kimi üşüyür evim,
Möhtac olur evim sənin istinə.
Darıxanda,düşünürəm keçmişi,
Xatirədən başqa nə qaldı bizdə.
Gözümü yumuram,bir axşamçağı,
Səni gözləyirəm məhəllənizdə.
Kölgəm qalıb sən getdiyin küçədə,
Mən həmin küçənin döngəsindəyəm.
Əgər günün biri axtarsan məni,
Parkdakı ağacın kölgəsindəyəm.






