ice berg

ice berg Sevgi 10-06-2021, 14:10

Hə, belə başlamışdı hər şey..

Hə, belə başlamışdı hər şey..
Hər şey səninlə başladı. Daha doğrusu sənsizliklə. Doğrunun nə olduğunu unutmağımla bəlkə də.

Unutmaq. Hə, belə başlamışdı hər şey deyəsən. Nə fərqi var ki, necə başladığının.

Hər gün xatirələrimdən bir parça itirib sənsizlik vərdişinin aludəsinə çevrilməkdəydim. Yaxın bir zamana unutmalıydım.

Öncə bizi xatırlamamağa başladım, daha sonra özümü... Zərrələr səndən gedirdi, amma heçləşən mən idim. Verdiyim hər nəfəsdə bir az daha unudulur, yadlaşırdım. Şəffaflaşmaq əvəzinə qaranlıqlaşırdım. Azad olduğumu düşündükcə öz içimdə həbs olurdum.

Məndən sən azaldıqca mən heçliyə gedirdi və hər şey sənin xəyal mənim reallıq olduğumuzu düşünməyimlə başlamışdı. Ya da bu reallığın dəyişməsi ilə.

Məqsədim sən ikən, mən də sən oldum və səni unudarkən mən yox oldum...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
632 629 594 536 644 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.