Gulusum

Gulusum Gözəllik 12-06-2021, 11:02

Yayda dərinizə canlılıq qazandırın

Yayda dərinizə canlılıq qazandırın
Yay aylarında dərimizə daha çox diqqət etməyə başlayırıq. Səbəbi isə soyuq mövsümdən çıxmağımızdır. Bəllidir ki, soyuq dərimizi qurudur və nəticədə cild nəmsiz qalır.

LoaDinG.az lent.az-a istinadən xəbər verir ki, üz maskaları dərimizin parlaqlığını, sağlam görünüşünü geri verəcək. Üz maskasından sonra dərimizdə qan dövranı yaxşılaşır, dəriyə təzəlik verir və gənc görünüş bəxş edir. Unutmayın ki, üz maskalarını həftədə bir dəfə etmək daha məsləhətdir. Çünki çox tətbiq etmək dərini qurudur.

Dəridə yaranan yeni ləkələr üçün:

1 xörək qaşığı düyü
1 stəkan süd

Bunları bişirib yaxşıca süzün. Hər gecə üzünüzə sürtün. Gözəl nəticələr əldə edə bilərsiniz.

Avokado maskası:

Üzümüzdə qış aylarından qalan təsiri təmizləmək üçün ideal bir maska:

1 avokado
2 damcı zeytun yağı
5-6 damcı limon suyu
Avokadonu pürə halına gətirin. İçinə zeytun yağı və limon suyu əlavə edin. Üzünüzə sürtüb 10 dəqiqə gözləyin.

Yağlı və normal dərilər üçün

Bu maska dərini təmizləyir, yağ nisbətini tənzimləyir və hüceyrə yenilənməsini təmin edir.

1 yemək qaşığı bal
1 yemək qaşığı limon suyu
Yarım yemək qaşığı süd

Bunları qarışdırıb 2 həftədən bir tətbiq edin.

Dəriyə canlılıq verən maska

Bu maska ilə dərinizdəki solğun rəng gedəcək, daha canlı rəng alacaq.

Yarım banan
1 çay qaşığı bal
1 limon qabığı

Limon qabığını rəndələyin, daha sonra banan və balla qarışdırıb üzə çəkin, ən çox 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 537 408 448 388 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.