ice berg

ice berg İdman 12-06-2021, 12:37

Türkiyə millisinin futbolçusu tarixə düşdü

Türkiyə millisinin futbolçusu tarixə düşdü
Futbol üzrə Avropa çempionatları tarixində ilk yaşanıb.

LoaDinG.aZ
'ın məlumatına görə, bu, AVRO-2020-nin İtaliya və Türkiyə yığmaları arasındakı açılış oyununa təsadüf edib. 53-cü dəqiqədə meydan sahiblərindən Domeniko Berardinin ötürməsindən sonra qonaq komandanın futbolçusu Merih Demiral topu öz qapısına göndərib. Bununla da qitə çempionatları tarixində birinci top avtoqolla vurulub.

İtaliya yığmasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə komandanın qolkiperi Canluici Donnarumma 22 yaş 106 günündə meydana çıxaraq, Corco Getsiyə (23 yaş 342 gün) məxsus ən gənc qapıçı göstəricisini yeniləyib. Getsi 1960-cı illərdə forma geyinib. Donnarumma "Milan"da çıxış edir.

Türkiyə millisinin hücumçusu Burak Yılmaz isə 35 yaş 331 günündə meydana çıxaraq, rekorda imza atıb. Əvvəlki rekord "ay-ulduzlular"ın qapıçısı Rüştü Reçberə (35 taş 46 gün) məxsus olub.

Qeyd edək ki, AVRO-2016-da ilk qolu Fransa millisindən Olivye Jiru vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 375 354 396 349 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.