ADMiN

ADMiN Maraqlı 16-03-2017, 20:42

Xoşbəxtliyim itkin düşmüş uşaqdır

Xoşbəxtliyim itkin düşmüş uşaqdır

"İnsan ruhunun ən az səbir göstərdiyi şey xoşbəxtlikdir. 

Belə bircə düşünək; ağrını uzun müddət daşıyarıq çiyinlərimizdə,

nifrəti, kini illərcə saxlayarıq zehinimizin kisəciklərində,

səbr edərik yoxsulluğa, sui-istifadəyə amansız hücumlara,

sifətimizi asıb oturarıq saatlarla duyğuları

yaşayarıq illərcə amma ya xoşbəxtlik?..

Ona səbrimiz yoxdur, gəlir keçər ömür kimi bir an, qəflətən."

Xoşbəxtlik, çatdığınız yer deyil, çıxdığınız yolun da özüdür.

Görərsiniz insanlar həmişə axtarış içersindedir.

Avtomobil, ev, uşaq, iş, yoldaş, şan, şöhrət, sevgi və ya sevimli….

Və baxarsınız bir çoxuna, digər əksəriyyətin tapa bilmədiklərinə sahibdirlər,

onlar axtardıqlarını tapmışlar.

Amma xoşbəxt deyildirlər,

çünki başlarında bir yerdə əldə etdikləri obyektləri

və ya vəziyyətləri xoşbəxtlik olaraq təyin etmişlər.

O avtomobili, evi, sevgilini tapınca; xoşbəxt olacaqlarına

inandırmışlar özlərini. Halbuki xoşbəxtlik bu müddətin hamısıdır.

Evə sahib olmaq nəticədir. Müddət; evə sahib olmaq üçün

keçirdiyin hər addım, hər mərhələdir.

Yəni xoşbəxtlik çatacağın yerə çatmaq

deyil yolda olmaq və yolda olduğunu bilməkdir.

Bir şeyi saxlamaq istəyirsinizsə ən görülən yerə

qoyun deyərlər; çünki insanların ən az baxdığı yer,

gözlərinin önündəki şeylərdir.

İşdə o, uğruna çətinlikləri gözə aldığımız xoşbəxtlik də

sanılanın əksinə gizli, gizli, sirrli deyil;

əksinə göz qarşısında olan, sıravi bir quruluşa malikdir.

Biz çətin yerlərdə onu axtararkən

əlimizin altındakı xoşbəxtliyi görmür.

Halbuki xoşbəxtlik həyatımızın hədəfi deyil də

özü olsa, sahib olduğumuz şeyi axtarmaq kimi

bir qəflətə düşmərik. Onsuz da/zatən o hər yerdədir,

hər an vardır. Var olanlarla qablı və bütündür.

Kiçik uşaqların gizlənpaç oyunlarını izlədinizmi heç bilməm

amma özünüz xatırlamasınızsa da mütləq oynamısınız.

Xüsusiyyətlədə 2-3 yaşlarındakı uşaqlar gizlənpaç oynayarkən

bütün bədənlərini saxlamazlar. Saxlandıqları yerdə görülərlər,

mama qaçar və saxlanan uşağın yanına gedər və birlikdə qışqırıb

digər saxlananlara doğru qaçarlar.

Elə saf, elə aydındır ki bu sevinc;

hər yerdə xoşbəxtliyi hiss edə bilərsiniz.

İşdə uşaqların o saf saklanışı və açıqda qalan bədənləri kimi

xoşbəxtlikləri də saf və açıq-aşkardır.

Obyektdən və vəziyyətdən xilas olmuşdur xoşbəxtlik.

Xoşbəxtlik, pəncərəmizdəki çiçəklər kimidir.

Pərdələrimizi bağlı saxladığımız müddətcə yoxdurlar,

halbuki pərdələrimizi açdığımızda görər,

şüşələri açdığımızda qoxusunu ciyərlərimizə

çəkə bilər və toxunduğumuzda hiss edə bilərik.

Xoşbəxtliyə qapılarınızın həmişə açıq olması diləyiylə...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
612 552 608 562 579 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.