ice berg

ice berg İdman 15-06-2021, 14:30

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində start götürəcək 22 yaşadək boksçular arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəni baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu təmsil edəcək.

Komandanın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıb.

Azərbaycanlı hakim Fuad Aslanov da qitə birinciliyində olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 387 434 398 331 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.