amon

amon İdman 16-06-2021, 10:00

Evimizdə oynayacağıq, hədəfimiz 6 xaldır

Evimizdə oynayacağıq, hədəfimiz 6 xaldır
Türkiyə milli komandasının hücumçusu Burak Yılmaz AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Loading.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün Azərbaycan xalqına təşəkkürümüzü bildiririk. İlk gündən bizə qardaşları olduğumuzu hiss etdirdilər. Öz evimizdə oynayacağıq. İtaliyada tam olaraq səfərdəydik. İnşallah, sabah burada Uels yığmasına səfər yaşadarıq. Bizə isə sabah Allahın izni ilə bir qələbə qazanmaq qalıb.

İlk matç tamamilə istəmədiyimiz bir başlağıc oldu. Bizə yaraşmadı. Bunun səbəblərini öz aramızda tapıb, indiyə qədər həll etdiyimizi düşünürəm. Startda qrupun favoriti ilə qarşılaşmaq yaxşı olmadı. Amma sabah Uelslə oyunda hərzamankı Türkiyə yığmasını izlətdirəcəyik. İnşallah, istədiyimiz nəticəni alarıq. 6 xallıq hədəfimiz var. Təbii ki, 6 xal toplamaqla qrupdan çıxa bilərik. Yarımfinal, final barədə düşünmək çox tezdir. Əsas hədəf sadəcə, Uelslə oyundan qələbə ilə ayrıkmaqdır. Bizi qrupdan çıxaracaq formul 6 xaldır. 6 xalı qazanmaq üçün lazım olan formulları isə baş məşqçi bizə göstərəcək”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels matçına saat 20:00-da start veriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 368 405 422 389 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.