reklam
Türkan Musayeva - NƏFƏSİM DARALIR Türkan Musayeva - NƏFƏSİM DARALIR https://sun.az/uploads/posts/2021-06/thumbs/1624448927_loading.az_maxresdefault-8.jpg
nigaraxundova

nigaraxundova özünü 😟 tənha hiss edir. Video, Klip 23-06-2021, 18:00

Türkan Musayeva - NƏFƏSİM DARALIR



Mahnı Sözləri:

(Bənd)
O qədər uzaqsan ki,
Nə adım dilinə yatır,
Nə səsimi eşidirsən,
Nə də əlim əlinə çatır.

Nə görüşə bilməyirik,
Nə telini qoxulayıram,
Nə sabah mürgüləyib,
Nə də gecə yuxulayıram.

(Nəqarət)
Nəfəsim daralır düşünəndə ki biz,
Qovuşan deyilik.
Qürur hər ikimizin yıxır evini, yıxır,
Barışan deyilik.

(Bənd)
Ürək elə darıxır ki,
Nəfəsim boşuna gəlir,
Nəmli gözüm fələyin,
Elə bil xoşuna gəlir.

Ruhum əsirdir, əsir,
Qəm onun sahibidir,
Xəyallarım tükənib,
Ümidlərin dibidir.

(Nəqarət)
Nəfəsim daralır düşünəndə ki biz,
Qovuşan deyilik.
Qürur hər ikimizin yıxır evini, yıxır,
Barışan deyilik.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
248 267 235 211 228 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.