ice berg

ice berg Hekayələr 24-06-2021, 19:21

"-Bu pencəyi anam almışdı"

"-Bu pencəyi anam almışdı"
.. boş qalmış skamyalardan birində oturdu. Nə qədər çalışsa da əlini balaca pencəyinnin qollarında gizlədə bilmədi. Göm-göy olmuş əllərini şalvarının cibində gizlətmək istədi. Əlləri cırıq ciblərindən bədəninə toxunduqca daha çox üşüyürdü... gözləri gah qarşı skamyada oturan cütlüyü süzür, gah da narhat baxışlarda ətrafı nəzərdən keçirirdi...

...qaçmağa başladı. Bir ayağını arxasıyca çəkirdi. Uzaqdan söyə-söyə gələn polisin səsi eşidildi. Çox qaça bilmədi, şüşə kimi buzun üstü ilə çox qaça bilməzdi. Yıxıldı, çevrilib arxaya baxdı. Ehtiyatlı addımlarla gələn polis yaxınlaşırdı. Ayağa dura bilmirdi. Dirsəklərini yerə qoyub arxa-arxaya sürünməyə başladı.

...Polis artıq çatmışdı. Qaçmağa nə taqəti var idi, nə də qaçmağın mənası. Polis əyilib pencəyinin yaxasından tutdu, arxasıyca sürüməyə başladı. Köhnəlmiş pencəyin yaxası cırıldı. bu dəfə qolundan tutub sürüməyə davam etdi. Hara getdiyini yaxşı bilirdi. Ağlayırdı. Ancaq bir cümləni təkrar edirdi: "Bu pencəyi anam almışdı..."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
442 449 473 444 409 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.