Kır_papatyası

Kır_papatyası Sağlamlıq 26-06-2021, 22:30

Arıqlamaq üçün niyə su içməliyik?

Arıqlamaq üçün niyə su içməliyik?
Düzgün maye istehlakı olmadan fiziki yüklər və sağlam qidalanma arıqlamaq üçün istədiyiniz nəticə verməyəcək.

Alimlərin araşdırmalarına görə, su düzgün metabolizm və orqanizm üçün çox əhəmiyyətlidir. Çünki su qəbulu zamanı onun tərkibində olan faydalı maddələr, vitaminlər və oksigen orqanizmimizə daxil olur.

Əgər insan kifayət qədər su içirsə, orqanizmdə davamlı olaraq maye axını yaranır. Əks halda isə hüceyrələr durğun halda olur. Bu da artıq çəki və piylənməyə gətirib çıxarır.

Arıqlamaq üçün isə yalnız maye qəbuluna üstünlük vermək də düzgün deyil. Bunun üçün pəhriz və idmana da yer ayırmaq lazımdır.

Su içərkən isə onun soyuq və ya isti yox, otaq temperaturunda olması məsləhət görülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
516 448 434 488 433 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.