ice berg

ice berg İdman 27-06-2021, 12:56

UEFA-dan YENİ QƏRAR: Pivə şüşələri masadan yığışdırılacaq

UEFA-dan YENİ QƏRAR: Pivə şüşələri masadan yığışdırılacaq
2020 Avropa Futbol Çempionatının (EURO 2020) təşkilatçıları sponsorluq müqavilələri çərçivəsində mətbuat konfranslarında masaya qoyulan alkoqolsuz "Heineken" pivə şüşələrinin müsəlman oyunçuların tələbi ilə yığışdırılacağını açıqlayıb.

Bu barədə LoaDinG.aZ "Haber Global"a istinadən xəbər verir.

Qərara görə, oyunçular və məşqçilər dini səbəblərdən sponsorların alkoqollu içki şüşələrini mətbuat konfranslarına daxil etməməyi istəyə biləcəklər.

Bununla belə UEFA dini inanclarla şəxsi sağlamlıq arasında fərq olduğunu nəzərə alaraq, qazlı içkilərlə bağlı oxşar bir qərar verməyib.

Xatırladaq ki, Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında masanın üzərindəki "Coca-Cola" şüşələrini adi su şüşəsilə əvəz edərək bunun daha faydalı olduğuna diqqət çəkmişdi. Ronaldudan sonra Fransa millisinin ulduzu Paul Poqbada da analoji addım atmışdı. O, Almaniya ilə oyundan sonra keçirilən mətbuat konfransı zamanı masanın üstündə olan pivə şüşəsini döşəmənin üstünə qoymuşdu.

Qeyd edək ki, Poqba müsəlmandır. Çox güman ki, bununla əlaqədar olaraq "Manchester United"in yarımmüdafiəçisi AVRO-2020-nin sponsorunu dəstəkləmək istəməmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 404 388 391 373 426

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.