Atas3

Atas3 özünü 😐 narahat hiss edir Sevgi 5-07-2021, 20:30

Tənha

Tənha
• Çox şey istəmədik ki...
Biz bəlkə də ən yaxşısını axtarmaq fikrində olmadıq heç bir zaman. Tək istədiyimiz qəlbimizə ən yaxın olan biri ilə rastlaşmaq idi. Dilin olmasa da səssizcə anlaşa biləcək bir qəlblə bir araya gəlmək idi tək istək. Bir qadının başını qoyacaq çiyin, bir kişinin kürəyini dayayacaq güvən yerinin olması idi tək istək. Eyni yerə baxarkən fərqli şeylər görmək deyil, fərqli yerlərə baxsaq da eyni şeyi görə biləcəyimiz idi tək istək. Mükəmməl olmasın, bəzən acılar da olsun, qüsurlar da olsun. Amma xoşbəxt və hüzur tapa biləcək bir evin olması idi tək istək. Görünür istəməklə olmadı. Anladıq, amma gec anladıq ki, nəyi çox istədiksə imtahanımız oldu bizim üçün. İstədikcə uduzduq, itirdik və əlimizdə olanlar da yavaş - yavaş çıxdı, getdi. Və eləcə sol yanımızda qırıq qəlblə eləcə qaldıq...🖤

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 463 493 458 514 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.