Bir qızın faciəsi: inandığı hər kəs ona təcavüz etdi

Bursalı Emelin yaşamı inanılmaz sarsıntıların növbələşməsidir sanki…
Türkiyənin Bursa şəhərində evdən qaçan Emel.A-nın valideynləri övladlarının itməsi barədə jandarma xəbər verəndən sonra qızın başına faciələr gəldiyi bəlli olub.
Yalovada bir gecə meyxanada çalışan Emel A.-ın zorla saxlandığı evdə o, az qala hər gün müxtəlif kişilərə "satılıb", üstəlik lesbiyan qadınlarla "eşq"ə də vadar edilib. Bu azmış kimi, yeniyetmə qızı narkotika qəbul etməyə də alışdırıblar.
Emel.A ailəsinə təhvil verilib, bu qızla "eşq" yaşamış 50 yaşlı lesbiyan Nazan D. də daxil olmaqla 5 nəfər həbs edilib.
Məktəbli qızın faciəsi
Tekstil fabrikində çalışan ana və qida fabrikində qabyuyan işləyən ananın 3 övladından biri olan Emel A. hələ ibtidai məktəbdə oxuyanda başına ilk bəla gəlibmiş. O, köynək almaq üçün getdiyi geyim dükanının sahibi, 53 yaşlı Cəlal P. tərəfindən zorlanıbmış. Qızın dediyinə görə, Cəlal P. onu maşınına oturdub şəhərdən çıxarıb və yol kənarındakı meşəlikdə təcavüz edib.
Daha sonra isə deyib ki, əgər qız valideynlərinə və polisə xəbər verməsə, ona istədiyi zaman cibxərcliyi verəcək.
Bu olaydan sonra Emel. A onun yanına gedərək cibxərclyii istəyəndə Cəlal P. onu döyərək qovub.
Qorxuya düşən Emel də avqustda 23 yaşlı İsmayıl C.-yə qoşularaq qaçıb.
Qara günlər
Qoşulub qaçdığı, ona "səni alacağam" dediyi sevgilisi isə sən demə, sutenyormuş. Az sonra İsmayıl "sevgilisi" Emeli Canan K. adlı qadına satıb. Canan K. da Emeli evində zorla saxlayaraq qızı narkotik maddələr qəbul etməyə alışdırıb və 45 gün sərasər kişilərə "satıb".
Yenə inam, yenə yalan
Emel A. düşdüyü cəhənnəmdən qurtulmaq üçün ona çeşidli vədlər verən "müştəri"lərdən biri, 36 yaşlı Ramazan Ö.-yə inanır. Ramazan qızı bu həyatdan qurtaracağını, özü ilə Ankaraya aparıb evlənəcəyini vəd etmişdi. Qız da Ramazana qoşularaq qaçır, amma qurtulduğunu düşünən bədbəxt Emel Yalova şəhərinə aparılır.
Burada Razaman "qurban"ını dəfələrlə zorlayır, döyür və ona məxsus meyxanada pulsuz işləməyə vadar edir.
Emel A. indi ciddi psixiatrik nəzarət altındadır. Həkimlərin dediklərinə görə, yeniyetmə qızın insanlara olan inamı tamamən puç olub.
"Dünyanın ən biçarə, məzlum və çirkin adamıyam. Həyatda kimə inandımsa, mənə təcavüz etdi", - Emel deyib.