heyatimin menasi

heyatimin menasi Məsləhətlər 15-07-2021, 17:30

Üzdəki ləkələrdən 20 dəqiqəyə xilas olun

Üzdəki ləkələrdən 20 dəqiqəyə xilas olun
Ümumilikdə üzdə olan qəhvəyi ləkələr hormon səviyyələrindəki dəyişmələr, günəşdə qalma, genetik, yaşlanma, stress, hamiləlik, qaraciyər xəstəlikləri, hamiləlik həbləri, düzgün qarşısı alınmayan sızanaqlar kimi bir çox fərqli səbəblə meydana gələ bilər. Bəzi ləkələr müvəqqəti olduğu halda bəziləri qalıcı ola bilər. Bu tip ləkələrdən qorunmağın ən yaxşı yolu düzgün qidalanma və yaz-qış günəşə çıxanda qoruyucu krem istifadə etməkdir. Ləkələr meydana gəldikdə kosmetik ağardıcılardan əlavə cəfəri, limon və soğan kimi təbii məhsullarla hazırlanan maskalardan kömək ala bilərsiniz. Keçək bu maskalara:

Üzdəki Ləkələr Üçün Maskalar:

Maska 1: Ehtiyacınız olanlar; cəfəri və təzə limon suyudur. Cəfərini doğrayandan sonra qaynar suya atın və 15 dəqiqə qaynadın. Otaq temperaturunda soyumağını gözləyin və süzün. Daha sonra 5 yemək qaşığı təzə limon suyu əlavə edin və bu qarışımı üzdəki ləkələri azaltmaq üçün hər gün pambıqla losyon kimi üzünüzə vurun. Limon ləkələrin görünüşünü solduracaq.


Maska 2: Ehtiyacınız olanlar; 1 yemək qaşığı kamfora yağı, 2 yemək qaşığı rəndələnilmiş cəfəri, 2 yemək qaşığı rəndələnilmiş xiyar, 1 yemək qaşığı rəndələnilmiş soğan və 1 yemək qaşığı gildir. Bunları yaxşıca qarışdırandan sonra üzünüzə tam ya da yalnız ləkələrin olduğu yerə vurun
. 20 dəqiqə gözləyəndən sonra ilıq suyla yuyun. Maskanı 2 həftə davamlı olaraq istifadə etsəniz müsbət təsirlərini görə bilərsiniz.


Maska 3: Ehtiyacınız olanlar; 100 qram soğan və 3 yemək qaşığı bal. Soğanı rəndələyin və bal ilə qarışdırın. Qarışımı bütün üzünüzə və boynunuza sürtdükdən sonra 15 dəqiqə gözləyin. Nəmli bir pambıqla ya da ilıq suyla üzünüzü yuyaraq maskanı çıxarın. Yağlı dərisi olanlar bu qarışıma 1 yemək qaşığı alma sirkəsi əlavə edə bilər.


Maska 4: Ehtiyacınız olanlar; 30 qram yulaf yarması, 1 yemək qaşığı bal, 4 yemək qaşığı süddür. Südün içinə yulaf yarmasını atın və qaynadın. Yulaf yumşalanda (5-10 dəqiqə çəkə bilər) ocaqdan götürün və bir az soyuduqdan sonra balı əlavə edin, yaxşıca qarışdırın. Qarışımı otaq temperaturunda soyudub üzünüzə tətbiq edin və 10 dəqiqə gözlədin. İlıq və ya soyuq suyla üzünüzü yuyun.
Ləkələrdən Qorunmağın Yolları:

Hər çölə çıxanda yüksək qoruyucu faktorlu günəş kremi istifadə etmək ən yaxşı qorunma yollarından biridir. Digər üsul isə E, C və A vitamini tərkibli yaşıl yarpaqlı tərəvəz və meyvələri davamlı olaraq yeməklərinizdə istifadə etməkdir. Ləkələr yalnız günəş səbəbiylə meydana gəlmədiyi və qaraciyər narahatlıqlarının əlaməti ola biləcəyi üçün bütün cəhdlərinizə baxmayaraq ləkələr artmağa davam edirsə həkimə getməlisiniz. Bundan əlavə bu ləkələrin yaşla birlikdə əl və üz başda olmaq üzrə bədən daxilində meydana gəlməsi çox normaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
795 694 641 655 571 681

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.