heyatimin menasi

heyatimin menasi Sevgi 18-07-2021, 18:30

Günlər sonra gələn zəng

Günlər sonra gələn zəng
Günlər sonra zəng etdi adam.Sanki illərdi səsini eşitmirmiş kimi həyəcanladnı qadın. Yutqundu və cavab verdi. Aynanın qarşısında danışırdı qadın, gözbəbəklərində adamın surəti canlandı. Bir dəfə daha yutqundu.
-Bəli ?
+Necəsən ?
-Yaxşı.
"Yaxşıyam" deyə bildi.Gözlərinin altında ağladığı gecələrdən qalma şişkinliklər. Dağınıq saçları.Yenə də "yaxşıyam" deyə bildi. Həyəcanı bilinməsin deyə qadın dodaqlarını dişlədi. "Mən" dedi adam "səni özlədim." Həqiqətən xəyanət etdiyi bir qadını özləmiş olabilirmiydi bilmirdi qadın. Bilməsi də vacib deyildi. Hətta bilməsə daha yaxşıydı. Onsuzda yorulmuşdu, bütün həyatı boyunca yorulmuşdu. Adamın səsini, onunla danışdığı günləri xatırladı qadın və yenə bilinməsin deyə yutqunub dodaqlarını qanadanadək dişlədi. "Xoş günlər" dedi qadın.Sanki heç qırğın deyilmiş kimi.Sanki unutmuş kimi adamın yalanların və xəyanətin. Sanki iki yabancı kimi. Yanlışlıqla zəng edilmiş kimi......

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
551 490 514 477 462 531

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.