heyatimin menasi

heyatimin menasi Şeirlər 18-07-2021, 19:30

Unutmaq isdiyirəm

Unutmaq isdiyirəm
Unutmaq istərəm! Özüm özümdən ,
Bir daha ayrılıb haçalanmayım.
Gecələr yatıram bir fikirlə mən:
Səni düşünməyim, səni anmayım.


Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar yüz illik yolundan səni.
Səhər də, axşam da düşünürəm ki,
Gərək düşünməyim heç zaman səni.

Unudar fikirdə , xəyalda, təkcə
Unutmaz ürəkdə sevən sevəni
Mən özüm özümə "unut!" dedikcə,
Özümü unudub tapıram səni...


"Unudum" deyirəm, ancaq nə fayda?!
Yadımdan çıxmamış düşürsən yada.
Eşqimin odunu söndürə bilmir,
Qəzəbim sel kimi aşıb-daşsa da. 🖤

Bəxtiyar Vahabzadə🌚

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1230 1164 1131 1130 1099 1195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.