ADMiN

ADMiN Məşhurlar 20-03-2017, 00:31

Lalə Məmmədova: "Necə də utanmırlar bunu etməyə?!"

Lalə Məmmədova: "Necə də utanmırlar bunu etməyə?!"


Sənətçi hazırda tamam fərqli fikirdədir

Novruz bayramı milli bayramımızdır. Bu bayram torpağın oyanışı, ruzinin çoxalmasını, həyatın oyanışını əks etdirir. Novruz bayramını insanlara daha çox sevdirən onun adət-ənənələridir. Tonqalların qalanması, papaq atma, qapı pusma, fala baxma və əlbəttə ki, bayramın əsas obrazı olan Bahar qızı, Keçəl və Kosadır.

İstiPress Novruz bayramı ərəfəsində bir sıra məşhur şəxslərlə bu bayramla bağlı fikirlərini alıb. Novruz haqqında danışan əməkdar artist Lalə Məmmədova bu bayramın ona uşaqlığını xatırladığını bildirib:

"Novruz bayramı mənə doğlamalarımı xatırladır. Xüsusən də, nənəm yadıma düşür. Köhnə evimiz, uşaqlığım, xoş xatirələr yadıma düşür. Mənim uşaqlığımda Novruz qadağan olunmuş bayram idi. Novruz bayramını qorxa-qorxa keçirirdik. Novruz bayramında ən sevmədiyim və acığım tutan bir adət isə qapı pusmaqdır. Bunu edən insanlara da məəttəl qalıram. Necə də utanmırlar bunu etməyə?! Bir də Novruz bayramınn əsas qəhrəmanlarından olan Keçəl ilə Kosanın geyimləri xoşuma gəlmir. Çox kasıb formada geyinirlər. İstərdim onların geyimləri və ssenariləri üzərində yenidən işləsinlər. Bəyəndiyim adətlər isə güləşçilərimizin qəhrəmanlıqlarını göstərməsi, at çapması və xalq oyunlarımızdır".

Novruz falından danışan Lalə Məmmədova uşaq olarkən ərə getməsi üçün fala baxdırdığını etiraf edib:

"Mən fala inanmıram. Məncə savadlı və Allaha inanan insan fala inanmaz. Amma yalan deməyəcəyəm ki, uşaqlıqda Novruz falına baxmışam. Məktəbdə oxuyurdum. 8 ya da 9-cu sinifdə idim. Qızlarla birlikdə kim neçə yaşında ərə gedəcək bilməsi üçün su ilə dolu kasaya ipə bağlanmış üzük sallatdım. Yaşım 40-ı keçmişdi, hələ də ərə getməyəcəyim çıxdı.Bu hadisəyə xeyli gülmüşdük".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
671 765 629 655 652 526

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.