Onunçün də mən arxayınam 💙

Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da.. Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq bir də.. mən bilirəm.. Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı ola bilər, amma bu cür yox.. Ola bilməz ki, hər şey bax beləcə təkrar olunsun. Domodedovo meşəsindəki quşlar da, o küçədəki cərimə də, bu qədim gürcü mahnısı da..
Bu bizimdir, ancaq bizim.. Başqa heç kəsin..Onunçün də mən arxayınam..❤







