♔Kraliça♔

♔Kraliça♔ Şeirlər 28-03-2016, 16:19

Bu gecə

Bu gecə


Bu gecənin üstü açıq qalacaq,
Mənim kimi üşüyəcək bu gecə..
Nə ümidi, nə əlacı qalacaq,
Mənim kimi tez öləcək bu gecə...


Bu gecənin yağış yağır üstünə,
Bu gecənin əynində bir donu yox..
Öz ömrümdən pay vermişəm ömrünə,
Bu gecənin yaşamağa canı yox..


Gözü dolub əli əsir, külək tək,
Ulduzları axıb gedib uzağa..
Bu gecənin dərdini kim çəkəcək?
Sevgilisi çıxıb gedib uzağa...


Uşaq kimi qollarıma sığınıb,
Bu gecəni mən ovuda bilmirəm...
Mən gedirəm arxam ilə çağırır,
Uzaqdayam, mən qayıda bilmirəm...


Bu gecəni atım gedim mən hara,
Bu gecənin məndən başqa kimi var?
Bu yollardan məndən başqa kim keçər,
Bu küçənin məndən başqa kimi var?..


Sabah olmayacaq... Gedək mənimlə,
Səssizcə aparım qəbrimə səni...
Bu qədər günahkar əməllərinlə,
Mən necə aparım qəbrimə səni..?


Bu gecənin əli qana bulaşdı,
Yaxın gəlmə günahkardı bu gecə...
O bir qızın həsrətinə yol açdı,
Bir şairi gülləllədi gizlicə...


Bu gecənin üstü açıq qalacaq,
Mənim kimi üşüyəcək bu gecə...
Nə ümidi, nə əlacı qalacaq,
Mənim kimi tez öləcək bu gecə...


Bu gecə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
863 853 764 747 672 795

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.