Sanki onu sevməkdən əl çəkmək mümkünmüş kimi 💙
Mükəmməl bir sevgi tapa bilməzsən amma gerçəyini tapmaq mümkündür. Bu elə qəribədir ki... Ən gözlənilməz anda bəlkə də, heç gözləmədiyin birinin ruhunda qarşına çıxır. Səssizcə və dərindən bütün varlığına yayılır. İllərdir damarlarında axan qanın istiliyini yalnız həmin zaman hiss edirsən, hansı ki, sənə baxarağ danışır və sən səsinə belə gülümsəyirsən. Bəzən əndişəli bir səslə danışır və onu hələ də sevib-sevməməyimlə maraqlanır. Sanki bu, öz əlimdəymiş kimi, sanki qərarı verən mənmişəm kimi. Sanki onu sevməkdən əl çəkmək mümkünmüş kimi❤







