Rehimoffa

Rehimoffa Sevgi 25-07-2021, 08:30

Biri olsun həyatımızda 💙

Biri olsun həyatımızda 💙
Biri olsa həyatımızda.Düşüncələrimizi dodaqlarımızdan oxuyan .Şərt deyil sevgili olmaq,ruhən ruhumuza yaxın olsada olar.Yollarımız ayrıda ola bilər,kəsişən bir küçəmiz olsun.Qəmdən-qüssədən uzaq bir həyatımız olsun.Yox,yox qətiyyən pisdən uzağa qaçmayaq,amma aldanmayaq şərə.Pisi qoxlamadan,təravətli qoxunun var olub olmamasını duymaq çətindir.Məhz bir insanın var olması ilə gözəlləşsin ətrafımız.Gözəl günlərin var olmasına şampanlar partladaq,şərablar içək.Içməyib sərxoş da olmaq olar.Qoy biz dəli onlar ağıllı olsun.Dəlilər çox gülür deyə onlara dəli adı qoyublar,amma bilmirlər ki onlar gülüşləri ilə həyatdan sıxılmırlar.Yüksəklikdən qorxduqları halda dənizkənarı pardakı "şeytan çarxına" birlikdə minək.Ən yüksək nöqtədə dayansın karusel.Qorxduqları yüksəklikdə sarılaq qəlblərinə.O karusel yerə enəndə itirdikləri qorxu hisləri ilə,qorxsunlar artıq sizi itirməkdən.Yüzlərlə musiqi dinləyək,bir sevdiyimiz musiqimiz olsun.Mavi səmaları izləyək,yerini dəyişən ulduzlardan arzular tutaq.Biri olsa həyatımızda kirpiklərimizə aşiq olsa,gözlərimizə baxmağa doymasa.Təsəvvür eləyin ayrı dünyalarınb iki insanı bir zaman kəsiyində dönüb eyni dünyaların adamı olurlar.Biri olsun həyatımızda..Yox,yox biri gəlsin həyatımıza,tezliklə deyil,doğru zamanda.






Biri olsun həyatımızda 💙

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 487 488 454 443 467

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.