Məsafələr 💙
Ola bilər ki, səninlə aramızda kilometrlər çoxala,böyük şəhərlər girə,tanımadığımız insanlar gələ bu dünyaya bir gün..Amma bil ki, sən mənim üçün hər zaman uşaqlığımın yaz qoxusu qədər doğma olaraq qalacaqsan.Harda oluruqsa olaq biz ən azından eyni səmalar altında yeriyəcəyik,eyni günəşlə isinib,eyni küləklə qulaqlarımıza qədər üşüyəcəyik,eyni yağışın altında bərabər islanacayıq hətta.Çoxda şairlik bacarmıram amma,sən hər zaman adına şairənə sətirlər düzdüyüm xatirəm olaraq qalacaqsan..ən son verdiyim isti nəfəsimə,sağ qalan sonuncu beyin neyronuma,ruhumun özündən azadlığına qaçışına qədər,qəlbimdən dilimə,dilimdən dodaqlarıma töküləcəksən..






