Rehimoffa

Rehimoffa Müxtəlif 25-07-2021, 21:30

"Hüznlü qadınlara qırmızı dodaq boyası yaraşmır."💙

"Hüznlü qadınlara qırmızı dodaq boyası yaraşmır."💙
Və qadın güzgüyə yaxınlaşdı. Əlindəki son silahıymış kimi qırmızı dodaq boyasını dodaqlarına apardı. İlk cəhddən kənarlara dağıtsa da sonra toparlayıb qaydasına sala bildi. Amma yaraşmadı. Yaraşdıra bilmədi. Bir az məyus oldu. Yox, əslində onsuz da məyus idi, bu sadəcə ağlamaq üçün bəhanə oldu. Əlləriylə onu dodağından rədd etmək istəsə də bütün üzünə yayılacağından ehtiyatlanıb nəm salfetlə sildi. Həyatı da elə bu cür keçmirdimi? Ən ehtiraslı, ən çılğın və ən rəngli qırmızını sonradan siləsi olmamışdımı? O getdikdən sonra nə mənası qalırdı göz qələminin, sıx kirpiklərin və rənglənmiş yanaqların? Həyatı onsuz da yetəri qədər sirk idi və içində bir joker də çatımaz olsun qoy. Güzgünün qabağından çəkilib yatağına oturdu. Qiyafəsini dəyişməyə ərinib səssizcə yerinə uzandı. Sonra bu səssizlikdən ürkdü. Əlinə nə keçdisə oxumaq istədi. Oxusun ki, ona bir gecəlik yoldaş olsun. Adını bilmədiyi bir kitabın ilk vərəqini araladı və yazıçı o qadına səsləndi : "Hüznlü qadınlara qırmızı dodaq boyası yaraşmır."



"Hüznlü qadınlara qırmızı dodaq boyası yaraşmır."💙

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
565 528 467 555 455 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.